İdman
Komandamla fəxr edirəm - Qriqorçuk

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda evdə "Borussiya"ya (Dortmund) böyük hesabla (1:3) məğlub olan "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Publika.az xəbər verir ki, ukraynalı mütəxəssis komandasının oyunundan razı qaldığını deyib:
- İlk növbədə rəqibə gözəl oyununa görə təşəkkür edirəm. Sağ olsunlar ki, bizimlə oyuna əsas heyətlə çıxdılar. Öz komandamın oyunundan razı qaldım. Mən "Borussiya"nın son bir neçə oyununu izləmişəm. Ancaq hansısa komandanın onların qapısında bu qədər qol fürsəti yaratdığını görməmişəm. Təəssüf ki, bu şanslardan istifadə edə bilmədik.
- Son iki oyunda komanda qalib gələ bilmədi. Halbuki 6
xal ala bilərdik. Bizi "Borussiya" ilə səfər oyununda nə
gözləyir?
- Bəli, "Krasnodar"la oyunda qalib gələ bilərdik. Ancaq eyni
sözləri bu günkü oyunla bağlı deyə bilməyəcəm. Çünki "Borussiya" bu
oyunda qələbəyə layiq idi. Səfərdəki oyuna gəldikdə isə, düşünmürəm
ki, orda bizə burdakından çətin olacaq. Sadəcə, onu deyə bilərəm
ki, mən komandamla fəxr edirəm.

-
Nida Təhlil 31 May 23:22
Kişinyovdan gözləntilər: Əliyevlə Paşinyan sülhə imza atacaqmı?
-
Qoroskop31 May 22:37
İyun ayında bürcləri nə gözləyir? - Sevgi, pul, işgüzar səfər...
-
Ekologiya31 May 21:58
Hava ilə bağlı əhaliyə CİDDİ XƏBƏRDARLIQ - VİDЕО
-
Sosial31 May 19:20
Diqqət! Sabahdan qiymətlərdə dəyişiklik olacaq
-
Sosial31 May 17:53
İcra başçısının qızı məktəbin ərazilərini icarəyə verdi - Video
-
Sosial31 May 17:15
Evini sığortalamayan vətəndaşlar cərimələnəcək? - Xəbərdarlıq
-
Qarabağ 31 May 16:19
Bakı qısa müddətdə Xankəndiyə qayıdacaq, Ankara... - Abovyan açıqlayır
-
Magazin131 May 15:20
Azərbaycanın ən yaraşıqlı kişisi o seçildi - FOTO/VİDEO