Toğrul Əsgərov mükafata görə kimə təşəkkür etdi? - VİDEO
Bizi izləyin

İdman

Toğrul Əsgərov mükafata görə kimə təşəkkür etdi? - VİDEO

“Bakı 2015” I Avropa Oyunlarının qalibi, Azərbaycan sərbəst güləşçisi Toğrul Əsgərov builki dünya çempionatı zamanı haqsızlığa məruz qaldığı ölkədə mükafatlandırılıb.

Publika.az xəbər verir ki, 23 yaşlı idmançı ABŞ-da keçirilən Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) XX Baş Assambleyasında Avropanın ən yaxşı kişi idmançısı adına layiq görülüb.

Mükafatı ona Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki təqdim edib. Tədbir Vaşinqtonda təşkil olunub. Mükafatı aldıqdan sonra olimpiya çempionu ANOC-a ingiliscə və azərbaycanca təşəkkürünü bildirib: "Çox sağ ol, ANOC"!

Qeyd edək ki, Toğrul Əsgərov sentyabrın 9-da ABŞ-ın Las Veqas şəhərindəki dünya çempionatı zamanı 65 kq çəki dərəcəsində 1/4 final qarşılaşmasında italiyalı Frank Çamizo Markesin kürəyini yerə vurub. Lakin hakimlər olimpiya çempionu və Bakı 2015-in qalibinin təmiz qələbəsini qeydə almayıblar. Yekunda Əsgərov 5:10 hesabı ilə uduzub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm