İlk mobil telefonun sahibi tapıldı - FOTOLAR
Bizi izləyin

İdman

İlk mobil telefonun sahibi tapıldı - FOTOLAR

“Futbol bir dünyadır” deyənlər səhv etmirlər. Bu dünyanın sakinləri top arxasınca qaçmağı tərgitsələr də, heç vaxt gündəmdən düşmürlər. Onlarla bağlı yayılan hər xəbər diqqəti cəlb edir. Hələ nostalji hissləri oyadacaq şəkilləri demirik. Müasir azarkeşlər “Arsenal”ın baş məşqçisi Arsen Vengeri necə təsəvvür edir? Sözsüz ki, üz-gözünü qırış basmış ahıl qoca kimi.

Siz ilk mobil telefonun Maradonada olduğunu bilirdiz? Bəs o telefonun ölçüsü nə boyda olub? Yalan olmasın, sokçəkən maşın boyda. Joze Mourinyonu necə təsəvvür edirsiz? Özündənrazı, ötkəm biri kimi, hə? Vaxt var idi Stoiçkovun boynuna sarılırdı o ötkəm, “xüsusi adam”.

Nə başınızı ağrıdaq, Publika.az-ın təqdim etdiyi bu şəkillərə baxın. O şəkillər sizə çox məqamları xatırladacaq. O şəkillər çoxlarına çox mətləblərdən xəbər verəcək.

1. Frank və Ronald de Bur qardaşları futbolçu kareyrasını bitirəndən sonra çörəkpulunu belə qazanırlar.

2. Arsen Venger Cek Uilşeri siqaret çəkdiyinə görə niyə sıxma-boğmaya salır ki? O, sadəcə davamçıdır. 1947-ci il. “Arsenal”ın paltardəyişmə otağı.

3. 1995-ci il. Lui van Qal evə uçur. Əlində də Çempionlar Kuboku.

4. Van Basten rəqibin cərimə meydançasında dəqiq oynaması ilə seçilmirdi. Həm də onu izləyən rəqibin üzünə dəqiqliklə palçıq atmağı da bacarırdı.

5. Bu da ilk mobil telefon. Maradona kiminlə danışır?

6. Manuel Pelleqrini heç dəyişməyib. Elə 1992-ci ildə də 76 yaşlı qoca kimi görünürdü.

7. Şəkildəki oğlan Luis Felipe Skolaridir. 1978-ci ildə çəkilib. O vaxt “Kaşias”ın müdafiəsini qoruyurdu. Sonralar bığına “xəyanət etdi”.

8. Bu da Arsen Vengerdir. 1979-cu ildə “Strasburq”un şərəfini qoruyur. Heç ağlına da gəlimir ki, “Arsenal”ın baş məşqçisi olacaq.

9. Əfsanəvi ingilis qapıçı Qordon Benks qapısı ağzında yaranmış növbəti təhlükəni zərərsizləşdirir.

10. Tanımadız? Joze Mourinyodur. Stoiçkov Çempionlar Kubokunu, o da Stoiçkovu qucaqlayıb. Nəsə tərcümə edir ona.

11. Bu da Maradonadır. Şirə içir, anası da ona nağıl oxuyur.

12. Luiş Fiqu və Roberto Karlos. Burda rəqibdilər. Nə vaxtsa bir komandanın şərəfini qoruyacaqlarını ağıllarına belə gətirmirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm