Bu gün Avropa Liqasında ilk pley-offçular müəyyənləşəcək
Bizi izləyin

İdman

Bu gün Avropa Liqasında ilk pley-offçular müəyyənləşəcək

Bu axşam Avropa Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçiriləcək.

Publika.az xəbər verir ki, 12 qrupda ümumilikdə 24 qarşılaşma baş tutacaq.

Azərbaycanı bu turnirdə təmsil edən “Qarabağ”la “Qəbələ” də növbəti matçlarına çıxacaqlar. Son çempion “Qarabağ” J qrupunda “Monako”nu qəbul edəcək. C qrupunda yer alan “Qəbələ” isə daha böyük sınağa çıxacaq. “Qırmızı-qaralar” nəinki qrupun, ümumiyyətlə, turnirin favoritlərindən olan Dortmund “Borussiya”sının qonağı olacaq.

Türkiyənin turnirdəki iki təmsilçisindən biri - “Beşiktaş” H qrupunda lider “Lokomotiv”lə İstanbulda üz-üzə gələcək. “Ağ-qaralar” qələbə qazanarsa, liderliyi Rusiya klubunun əlindən alacaq. Əks təqdirdə, “Qara qartal” ikinciliyi də əldən verə bilər.

Ümumiyyətlə, bu gün 1/16 finala vəsiqə qazanan ilk komandaların adlarına aydınlıq gələ bilər. Belə ki, “Molde”, “Sion”, “Borussiya” (Dortmund), “Napoli”, “Midtyulland”, Rapid (Vyana) və “Braqa” qələbə qazanaraq, növbəti mərhələyə vəsiqəni rəsmiləşdirə bilərlər.

Avropa Liqası. Qrup mərhələsi, 4-cü tur

5 noyabr

A qrupu

22:00 Ayaks – Fənərbaxça

22:00 Seltik – Molde

Molde – 7, Fənərbaxça – 4, Ayaks, Seltik – 2.

B qrupu

22:00 Rubin – Liverpul

22:00 Sion – Bordo

Sion – 7, Liverpul – 3, Bordo, Rubin – 2.

C qrupu

22:00 Borussiya D – Qəbələ

22:00 Krasnodar – PAOK

Borussiya D – 7, Krasnodar – 4, PAOK – 3, Qəbələ - 1.

D qrupu

22:00 Brügge – Legiya

22:00 Napoli – Midtyulland

Napoli – 9, Midtyulland – 6, Legiya, Brügge – 1.

E qrupu

22:00 Viktoriya P – Rapid V

22:00 Dinamo M – Vilyarreal

Rapid V – 9, Vilyarreal – 6, Viktoriya P – 3, Dinamo M – 0.

F qrupu

22:00 Qroningen – Slovan

22:00 Marsel – Braqa

Braqa – 9, Slovan – 4, Marsel – 3, Qroningen – 1.

G qrupu

00:05 Rusenborq – Latsio

00:05 Sent-Etyen – Dnepr

Latsio – 7, Sent-Etyen, Dnepr – 4, Rusenborq – 1.

H qrupu

20:00 Beşiktaş – Lokomotiv

00:05 Skenderbeu – Sportinq

Lokomotiv – 7, Beşiktaş – 5, Sportinq – 4, Skenderbeu – 0.

İ qrupu

00:05 Belenenseş – Bazel

00:05 Lex – Fiorentina

Bazel – 6, Lex, Belenenseş – 4, Fiorentina – 3.

J qrupu

20:00 Qarabağ – Monako

00:05 Tottenhem – Anderlext

Monako – 5, Tottenhem, Anderlext – 4, Qarabağ – 3.

K qrupu

00:05 Asteras – APOEL

00:05 Sparta – Şalke

Şalke – 7, Sparta – 5, APOEL – 3, Asteras – 1.

L qrupu

00:05 Atletik – Partizan

00:05 Auqsburq – Alkmaar

Atletik, Partizan – 6, Auqsburq, Alkmaar – 3.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm