Benzema məhkəmədə etiraf etdi – FOTOLAR
Bizi izləyin

İdman

Benzema məhkəmədə etiraf etdi – FOTOLAR

"Real"ın və Fransa millisinin üzvü Kərim Benzemanın yığmadakı komanda yoldaşı Matye Valbuenanı şantaj edən qrupla əlbir olmaqda şübhəli bilinərək həbs edilməsi barədə məlumat vermişdik. Dünən həbs edilən Benzema gecəni Versal polis bölməsində keçirdikdən sonra, bu gün səhər məhkəmə qarşısına çıxıb.

Publika.az xəbər verir ki, Fransa mətbuatında yayılan xəbərlərə görə, Əlcəzair əsilli forvard məhkəmə iclasında məsələylə əlaqəsi olduğunu boynuna alıb. Belə ki, Benzema AÇ-2016-nın seçmə mərhələsinin Ermənistan və Danimarkayla oyunları üçün millinin düşərgəsində olduğu zaman Valbuenayla bu barədə söhbət edib. Fransa polisinin əldə etdiyi telefon səs yazılarında da Benzemanın adının çəkildiyi məlum olub.

Hadisədə şübhəli bilinən Benzemanın ölkə xaricinə çıxışına qadağa qoyulacağı deyilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm