Qurban Qurbanov: “Oyundan sonra onlara heç bir iradım olmadı”
Bizi izləyin

İdman

Qurban Qurbanov: “Oyundan sonra onlara heç bir iradım olmadı”

Avropa Liqasının qrup mərhələsində evdə "Monako"yla bərabərə qalan (1:1) "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Publika.az xəbər verir ki, Qurbanov komandasının oyunundan razı qaldığını deyib:

- Qalib gəlmək istəyirdik, təəssüf ki, alınmadı. Rəqibin gücünə bələd idik. Onlar hələ məğlub olmayıblar. Bilirdik ki, bu komanda ikinci hissədə daha fəal olur. Komandamın oyunundan razı qaldım. Meydanda yaxşı oyun sərgilədilər. Oyundan sonra onlara heç bir iradım olmadı. Oyuna qiymət verərkən rəqibin gücünü də dəyərləndirmək lazımdı. Qarşıda hələ 2 oyunumuz var. Azarkeşlər bu gün möhtəşəm idi. Onlara 5+ verərdim.

- Nəticədən razısız?
- Rəqibin kim olduğunu nəzərə alsaq, nəticə pis deyil. Əlbəttə, qalib gəlmək istəyərdik. Ancaq təəssüf ki, alınmadı.

- Qrupdan çıxmaq şansımızı necə dəyərləndirirsiz?
- Püşkatmadan sonra hamı bizim çətin qrupa düşdüyümüzü deyirdi. Hətta bu qrupda 1-2 xal toplayacağımızı düşünürdülər. Ancaq çox şükür ki, hazırda hesabımızda 4 xal var. Qrupdakı rəqiblərimizin hamısı bir-birindən güclüdü. Şansımız var. Gələn oyunlarda var qüvvəmizlə mübarizə apararaq, qrupdan çıxmağa çalışacağıq.

- Şehiçin qol epizodundakı oyunu barədə nə deyə bilərsiz?
- Həmin epizodda Şehiç bəlkə də, topa əllə müdaxilə etməli idi. Ancaq epizoda ən yaxın o idi. Yəqin həmin epizodda ən yaxşı variant bu idi. Ümumi götürsək, onun oyunundan narazı qalmadım. Həmin epizodda da komandanı xilas etsəydi, oyunun qəhrəmanı ola bilərdi.

- Cəmi iki əvəzetmə etdiz. Bu nə ilə bağlıdı?
- Hesab 1:0 davam etsəydi, mütləq dəyişiklik olacaqdı. Belə olacağı halda, müdafiə xəttini gücləndirməli olacaqdım. Ancaq 1:1-də meydana hücumameyilli oyunçu buraxmalı idim. Final fitinə 10-12 dəqiqə qalmış dəyişiklik etməyi düzgün saymadım. Əlbəttə, hücum xəttində 1-2 oyunçu da olsaydı, daha yaxşı olardı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm