İdman
Nəticə Qurban Qurbanovu qane edib
"Futbolçulardan və qazanılan nəticədən razıyam". Publika.az PFL-in saytına istinadən verdiyi məlumata görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın XII turunda keçirilən "Xəzər Lənkəran"la qarşılaşmadan sonra deyib.
O, qeyd edib: "Sıx qrafiki qələbə ilə başa vurduq. "Xəzər Lənkəran"la görüşdən sonra bir müddət istirahət etmək imkanımız olacaq. Futbolçulardan və qazanılan nəticədən razıyam. "Xəzər Lənkəran"ın heyətində yaxşı gənc oyunçular var. Onlar gələcəkdə Azərbaycanın əsas futbolçularından olacaqlar".
"Xəzər Lənkəran"ın baş məşqçisi Yunis Hüseynov isə bildirib: "Azərbaycan çempionatının liderinə qarşı gərgin oyun keçirdik. "Qarabağ"a qarşı matçda futbolçularımız pis təsir bağışlamadılar. Döyüşən gənclərimizdən razı qaldım. Düşünürəm ki, gələcəkdə bu futbolçular yaxşı oyunlar sərgiləyəcəklər. Həmin gənclərdən Elşən Rzazadə milli komandaya dəvət alıb. Bizim heyətimiz geniş deyil. Oyun ərzində zədə alan futbolçuları əvəz etməli idim, amma bunun üçün imkanım yoxdur. Biz gələcəyə nikbin baxırıq. Qoyulan qadağa dekabr ayında başa çatacaq. Yaxşı kollektiv qurub, nəticələr əldə edəcəyik".
O, gənc futbolçulardan narazı qalmadığını deyib: "Soyunub-geyinmə otağında heç kimi xüsusi fərqləndirmirəm, sadəcə ümumi fikrimi bildirirəm. İstəyim odur ki, 1 oyun yaxşı oynayan kimi başını qaldırmasınlar".
Qeyd edək ki, oyun minimal hesabla (0:1) "Qarabağ"ın xeyrinə başa çatıb.
-
Hadisə20:15
Oteldəki zəhərlənmə ilə bağlı YENİ ŞOK İDDİA
-
Art18:33
Azərbaycanda gənc yazıçı vəfat etdi
-
Nida Xəbər 18:30
Prezidentdən Fransaya XƏBƏRDARLIQ: "Kritik həddə çatsa, onda bizdən heç kim inciməsin”
-
Ekologiya18:08
Güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
-
Region18:00
Köçəryan Paşinyanın impiçmenti ideyasını ələ saldı: O səsləri haradan alacaqlar?
-
Rəsmi xronika17:30
İlham Əliyev Laçında sakinlərlə görüşdü
-
Qarabağ 17:10
Vardanyanın Bakıda “yazdığı” məktub həbsxanadan necə çıxıb?
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...