AFFA “bilet səhvini” necə sığortaladı?
Bizi izləyin

İdman

AFFA “bilet səhvini” necə sığortaladı?

Azərbaycan - Moldova oyunu yoldaşlıq xarakterli olsa da, AFFA bu matçı seçmə mərhələ görüşü kimi qələmə verib. Belə ki, AFFA-nın satışa çıxardığı biletin üzərində bu qarşılaşma Avropa çempionatının seçmə oyunu kimi qeyd olunub. Seçmə oyunların biletlərini dəyişərkən cavabdeh şəxslər yalnız hazır eskizin üzərindən rəqibin adını dəyişib. Məsələ ilə bağlı AFFA-nın İnformasiya və İctimaiyyətlə Ələqələr Departamentinin baş mütəxəssisi Firuz Abdulla ilə əlaqə saxladıq.

Publika.az-a danışan qurum rəsmisi məsələyə belə aydınlıq gətirdi:

“AÇ-2016-nın seçmə mərhələsinin bütün biletləri lap əvvəldən sifariş olunub. Pley-off oyunları günü də nəzərə alınmaqla. Çünki komandanın pley-offa vəsiqə qazanmaq ehtimalı olub. Amma vəsiqə qazana bilmədik. Moldova ilə oyun günü həm də pley-off oyunları günü idi. Biz də bu mərhələyə çıxa bilmədiyimizə görə kağızlardan artıq qalıb. İsrafçılığa yol verməmək üçün bileti həmin blanklara çap ediblər”.

Qeyd edək ki, noyabrın 17-də Bakı Olimpiya Stadionunda futbol üzrə Azərbaycan və Moldova milli komandaları arasında beynəlxalq yoldaşlıq oyunu keçirilib. Azərbaycan millisi 2:1 hesabı ilə qalib gələrək Bakı Olimpiya Stadionunda ilk qələbəsini qazanıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm