İdman
Azərbaycan idmançısı dünya çempionu oldu - Ukraynada
Ukraynanın Odessa şəhərində “WORLD MMA NETWORK MAXMIX” idman növü üzrə dünya çempionatı keçirilib.
Publika.az xəbər verir ki, Azərbaycanı bu yarışda Ümid Məmmədzadə təmsil edib. İdmançımız uğurla çıxış edərək, bütün rəqiblərinə qalib gəlib və dünya çempionu olub.
Azərbaycan Dövlət İqtisad Universitetinin üçüncü kurs tələbəsi olan Məmmədzadə qaydasız döyüş üzrə ikiqat dünya, Avropa, üçqat respublika çempionudu. O, bir sıra beynəlxalq turnirlərin qalibi olub.
Dünya çempionu yarışla bağlı fikirlərini də bildirib. O, dünya çempionluğunu qazanacağına əvvəlcədən əmin olduğunu qeyd edib:
“İndiyə qədər qazandığım çoxsaylı uğurların sirri fasiləsiz məşqlərdir. Bu yarışda da uğur qazanacağıma inanırdım. Sevinirəm ki, Ukraynada bayrağımızı dalğalandıra bildim. Təkcə öz qələbəmlə yox, Azərbaycanımızı ölkədən kənarda layiqincə təmsil edən hər bir idmançımızla fəxr edir və onların da uğurlarına sevinirəm”.
-
MDB12:22Məşhur biznesmen avomobil qəzasında yanaraq öldü - VİDEO
-
MDB11:41Azərbaycan əsilli polis mayorunu dronla öldürdülər
-
Region11:36Erməni əsgər atası: "Xalqımız heç vaxt bu qədər alçaldılmamışdı..."
-
Region10:31Annanın ərini "əfsanə" adlandırması narazılıq yaratdı
-
MDB10:10Qəribə tale: Özü Ukraynaya, oğlu isə Rusiyaya qarşı döyüşürmüş...
-
Nida.az09:47Prezidentdən hərbi paradla bağlı paylaşım - VİDEO
-
Nida Xəbər 09:13Mehriban Əliyeva Dövlət Bayrağı Günü münasibətilə paylaşım etdi
-
İdman08:36Formanı Yamalın sifətinə çırpdılar, belə reaksiya verdi - FOTO





































.jpg)
