Bürünc medalçı: “Güləşməyim özümü qane etmədi”
Bizi izləyin

İdman

Bürünc medalçı: “Güləşməyim özümü qane etmədi”

Cənubi Koreyanın Jeju şəhərində keçirilən Qran-Pri yarışının ilk günü Azərbaycan üçün uğurlu olub.

Publika.az xəbər verir ki, milli komandamızın üzvü Orxan Səfərov turnirin bürünc medalını qazanıb. 60 kq çəki dərəcəsində yarışan cüdoçumuz Qran-Priyə Tayvan təmsilçisi Yunq Vey Yanq və ispaniyalı Fransisko Harriqosa üzərində qələbə ilə başlayıb. Səfərov daha sonra komanda yoldaşı İlqar Müşkiyevlə qarşılaşıb. Müşkiyev isə buna qədər Belçika cüdoçusu Senne Uins və Valide Hyarı mübarizədən kənarlaşdırıb. Cüdoçularımızın duelindən Səfərov qalib ayrılıb. Yarımfinalda monqol təmsilçisi Boldbatar Hanbata uduzan idmançımız bürünc medal uğrunda döyüşdə Venesuela təmsilçisi Havyer Quedsə qalib gəlib. Müşkiyev isə təsəlliverici görüşdə Braziliya cüdoçusu Erik Takabataka məğlub olub.

Qran-prinin bürünc medalçısı Orxan Səfərov turnirlə bağlı fikirlərini bildirib:

“Güləşməyim məni qane etmədi, amma yenə də qazandığım medala görə sevinirəm. Zədədən sonra medal uğrunda mübarizə aparmaq çox çətindir. Hələ də tam ideal formada deyiləm. Hamı bilir ki, 5 ay zədədən sonra qayıtmaq, güləşmək və medal qazanmaq çox çətindir. Amma bunu bacara bildim. İlqar Muşkiyevlə görüşümüz çox gərgin keçdi. Məncə, bu, bizim üçün yaxşı amildir ki, 60 kq çəkidə iki güclü idmançımız var. Bu da hər ikimizə daha yaxşı nəticələr göstərməyə stimul verir. Zədədən sonra ilk təlim-məşq toplanışıma qatılacağam. İnşallah, bu toplanışı zədəsiz başa vurarıq. Məşqlərimiz yaxşı keçir. Monqolustandan sonra inşallah yarışlarda daha da yaxşı çıxış edəcəyik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm