İdman
Güləşçilərimiz 21 medal qazandılar
Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-Pri” beynəlxalq turniri başa çatıb.
Turnirdə 41 ölkədən dünyanın ən güclü 450-ə yaxın pəhləvanı mübarizə aparıb.
Son yarış günündə yunan-Roma güləşi üzrə 59, 66, 71, 75, 80, 85, 98 və 130 kq çəki dərəcələrində qaliblər müəyyənləşib.
59 kq-da çəki dərəcəsində mübarizə aparan güləşçimiz Eldəniz Əzizli koreyalı Yun Von Çolu 8:0 hesabı ilə məğlubiyyətə uğradaraq bürünc medala yiyələnib.
66 kq-da Kamran Məmmədov gümüş, Həsən Əliyev isə bürünc medal qazanıb.
Rüstəm Əliyev (71 kq) və Rafiq Hüseynov (80 kq) də finalda məğlub olaraq gümüş medalla kifayətləniblər.
Azərbaycanı 80 kq-da təmsil edən digər güləşçimiz Elvin Mürsəliyev və İslam Abbasov (85 kq) bürünc medal əldə ediblər.
Bu gün yığmamıza qızıl medal gətirən isə Şalva Qadabadze (98 kq) və Sabah Şəriəti (130 kq) olub.
Beləliklə, yunan-Roma güləşçilərimiz beynəlxalq turnirdə ümumilikdə 2 qızıl, 3 gümüş və 4 bürünc medal qazanıblar.
Xatırladaq ki, Qran-Pridə sərbəst güləşçilərimiz 3 qızıl, 4 gümüş və 4 bürünc, qadın güləşçilərimiz isə 1 gümüş medal qazanıb.
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi