İdman
Nəhənglərin hədəfində olan türk
Dortmund "Borussiya"sının Türkiyə əsilli alman ulduzu İlkay Gündoğan gələcək karyerası ilə bağlı bəzi açıqlamalar verib.
Publika.az xəbər verir ki, Gündoğan yayda klubuyla müqaviləsinin müddətini 2017-ci ilə qədər artırsa da, adı yenə transfer xəbərlərində hallanır.
Adı "Barselona", "Mançester Yunayted" və "Yuventus"la yanaşı çəkilən 25 yaşlı futbolçunun "Liverpul" tərəfindən də hədəfə alındığı deyilir. Hazırda “Liverpul”un baş məşqçisi Yürgen Kloppun İlkayı almaqda israrlı olduğu iddia edilir.
Futbolçunun özü isə məsələ ilə bağlı belə açıqlama verib:
“Hazırda elə bir yenilik yoxdur. Özümü Dortmundda çox yaxşı hiss edirəm və bu klubda nələrə sahib olduğumun fərqindəyəm. Nə vaxtsa gələcək karyeramla bağlı qərar vermək lazım olduğunu bilirəm. O zaman Dortmund klubuyla normal şəkildə oturub danışacağam. Ancaq nə zaman olacağını hələ bilmirəm. "Borrusiya"da hər kəs yenidən Çempionlar Liqasına dönmək istəyir. Ancaq Çempionlar Liqasına qatılmamaq komandadan ayrılacağım anlamına gəlməsin".
Qeyd edək ki, bu mövsüm sadəcə bir matçı buraxan İlkay 24 rəsmi matçda forma geyinib və 2 qol, 5 məhsuldar ötürmə müəllifidir.
Aygün
-
Kriminal16:40
Bakıda evakuator sürücüsündən şok əməl: 15 yaşlı qızı hotelə apardı, 6 gün ərzində...
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?