İdman
Dəhşətli hadisəyə idman camiəsi də susmadı
05.12.2015 – bu tarix hər kəsin yaddaşına qara gün kimi həkk olundu. Həmin tarixdə “Günəşli” yatağında baş verən qəzada onlarla insan həyatını itirdi, onlarla insan itkin düşdü. Bu hadisədən hər bir azərbaycanlını sarsıtdı.
Həmin hadisəyə görə dövlət başçısının əmri ilə ölkədə matəm elan edildi. Bu hadisəyə idman camiəsinin üzvləri də laqeyd qalmadı.
Publika.az xəbər verir ki, idmançılarımız həmin hadisə ilə bağlı sosial şəbəkələrdə Azərbaycan xalqına, ölənlərin ailəsinə başsağlığı verdilər.
2 qat paralimpiya çempionu, əfsanəvi cüdoçu İlham Zəkiyev nəzarətində olan “facebook” səhifəsindən üzərində “Günəşli” yatağında baş vermiş qəzada dünyasını dəyişmiş qardaşlarımıza ALLAH rəhmət eləsin. Ailələrinə və yaxınlarına Allah səbir versin” sözləri yazılmış şəkil paylaşıb. Özü isə şəkilə belə rəy yazıb: “Deməyə söz yox, çünki heç bir ifadə onları ailələrinə qaytarmayacaq”.
Tanınmış “K1” döyüş ustası Zabit Səmədov da hadisə ilə bağlı öz “instagram” səhifəsində şəkil paylaşıb. Şəkilin üzərində ingilis dilində “pray for Azerbaijan” (“Azərbaycan üçün dua edək”) “hashtag”ı qeyd edilib.
“Qəbələ” idman klubu da bu hadisəyə laqeyd qalmayıb. Klubun rəsmi “instagram” səhifəsində hadisə ilə bağlı baş sağlığı çatdırılıb: “Qəbələ” İdman Klubu dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində həyatını itirənlərin yaxınlarına başsağlığı diləyir. Allah rəhmət eləsin”.
Bundan əlavə “Qəbələ” futbol klubunun oyunçuları Azərbaycan Premyer Liqasının 15-ci turunda “Xəzər Lənkəran”la baş tutan oyundan öncə meydana neftçi “kaska”sı ilə çıxıblar və bir anlıq sükutla yad ediblər.
London Paralimpiya oyunlarının qalibi Ramin İbrahimov da qəzada ölənlərlə bağlı başsağlığını çatdırıb və sosial şəbəkədə hadisəyə aid şəkil paylaşıb.
22 qat dünya çempionu, kikboksçu Eduard Məmmədov da sosial şəbəkədəki hesablarından ölənlərə Allahdan rəhmət diləyib. İdmançının “Allah rəhmət eləsin” sözləri ilə paylaşdığı şəkildə də “pray for Azerbaijan” (“Azərbaycan üçün dua edək”) “hashtag”ı yer alıb.
Azərbaycan Kikboks Federasiyasının prezidenti Adil Əliyev də sosial şəbəkə vasitəsi ilə hadisədə ölənlərə Allahdan rəhmət, ailələrinə başsağlığı diləyib: “Günəşli” yatağındakı 10 saylı özüldə baş vermiş qəzada həlak olan qardaşlarımıza Allahdan rəhmət diləyirik. Ailələrinə səbr və dözüm arzulayırıq. Başın sağ olsun, Vətən!”
Hazırda Amsterdamda olan kikboks üzrə 5 qat dünya çempionu Pərviz Abdullayev də sosial şəbəkə vasitəsi ilə hadisədə ölənlərə Allahdan rəhmət diləyib. Üzərində qara lent olan və “Allah rəhmət eləsin!” sözləri yazılmış şəkil paylaşıb.
Azərbaycanın aparıcı şahmatçılarından biri, beynəlxalq dərəcəli qrossmeyster Teymur Rəcəbov da sosial şəbəkədə hadisə ilə bağlı “pray for Azerbaijan” (“Azərbaycan üçün dua edək”) “hashtag”lı şəkil paylaşıb.
Taekvondo üzrə dünya və Avropa çempionu, ATF-nin milli komandalara nəzarət üzrə vitse-prezidenti Niyaməddin Paşayev də sosial şəbəkədə üzərində “Allah rəhmət eləsin” sözləri yazılmış şəkil paylaşıb.
Aygün İlqarqızı
-
ABŞ09:13
Məxfi Xidmətdə böhran: İşçilər kütləvi surətdə gedirlər - Səbəb bəllidir
-
Sosial00:26
Bu şəxslər əsgər aparılacaq - Qanunda dəyişiklik
-
İdman3 Oktyabr 23:40
Qurban Qurbanov: "Qorxacaq, çəkinəcək bir şey yoxdur"
-
Nida Xəbər 3 Oktyabr 18:51
Azərbaycanda hərbi qulluqçuların təhsili ilə bağlı normalar dəyişdirilir
-
Rəsmi xronika3 Oktyabr 18:32
İlham Əliyev Zəngilan Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında
-
Enerji3 Oktyabr 17:19
Neft qiymətləri ilə bağlı qeyri-müəyyənlik: Hərbi-siyasi gərginlik olduqca...
-
Sosial3 Oktyabr 16:16
Allahşükür Paşazadənin, Ramil Usubovun evində işləmiş qadın: "Haqqımı halal etmirəm"
-
Hadisə3 Oktyabr 15:47
Bakı metrosunda qatar yoluna düşən sərnişin vəfat etdi - VİDEO