İdman
Azərbaycanda ilk dəfə əbədiləşdirildi
Rahid Əmirquliyevin qış fasiləsində “Xəzər Lənkəran”dan ayrılacağı məlumdur. Klub rəhbərliyi kapitanın xidmətlərini nəzərə alaraq, onun formasını əbədiləşdirəcək. Bu barədə komandanın azarkeşlərlə iş üzrə əlaqələndiricisi Elman Tağıyev “facebook” hesabı vasitəsi ilə məlumat verib.
O, bu ideya ilə bağlı rəhbərliyə müraciət etdiklərini və müsbət cavab aldıqlarını bildirib. Bundan sonra cənub klubunun heyətində “14” nömrəli formada futbolçu olmayacaq.
Məsələ ilə bağlı cənub klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu Publika.az-a belə açıqlama verib: “Hələ ki, ilin sonuna doğru üç oyunumuz var. Bu oyunlardan sonra bir çox məsələlərə aydınlıq gələcək. O cümlədən kapitanımız Rahid Əmirquliyevin komandadan ayrılması səbəbindən onun forması əbədiləşdirilə bilər. Muzeydə saxlanacaq 14 nömrəli forma nəvaxtsa kluba geri dönüşündə təkrar geyinənə qədər kimsəyə verilməyəcək. Bütün bunlar müzakirə olunan məsələlərdir və dekabrın sonu qərarlar veriləcək”.
Aygün İlqarqızı
-
Magazin209:48
Məşhur reper güllələndi: qatil hadisəni lentə aldı - ANBAAN VİDEO
-
Magazin109:00
Əməkdar artistin nəvəsi ilə MARAQLI VİDEOSU
-
ABŞ08:12
1 dollara satılan Panama kanalı - Tramp onu GERİ QAYTARACAQ
-
Magazin105:45
Bu da Röya Ayxanın "Qızı" - VİDEO
-
Magazin201:41
Məşhur müğənnidən büstqaltersiz dərin dekolteli FOTOLAR
-
Hadisə00:30
Azərbaycanda toy evində KÜTLƏVİ DAVA - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu səhvi etsəniz, sevgilinizlə münasibətiniz çətinləşəcək
-
Magazin221 Dekabr 23:12
İş adamı Dubayda görün kiminlə ailə qurdu - FOTO