İdman
Güləşçilərimiz daha 7 medal qazandı
Azərbaycan güləşçiləri Bolqarıstanda keçirilən beynəlxalq
turnirdə daha yeddi medal qazandı.
Bolqarıstanın Plovdiv şəhərində Petko Sirakov və İvan İliyevin
xatirəsinə həsr olunmuş güləş üzrə 17-ci beynəlxalq turnir davam
edir. Publika.az xəbər verir ki, turnirdə sərbəst, yunan-Roma və
qadın güləşi üzrə gənclərdən ibarət yığma komandalarımız da iştirak
edirlər.
Turnirin ikinci günündə güləşçilərimiz 3 qızıl və 4 bürünc medala sahib olublar.
Gənc qızların mübarizəsində Raqnetta Qurbanzadə (67 kq) və Şəfəq Muradzadə (48 kq) bütün rəqiblərindən üstün olmuş və yığmamıza qızıl medal qazandırıblar.
Yunan-Roma güləşi üzrə yarışlarda Kərim Cəfərov (60 kq) və Hacımurad Bağmanov (74 kq) bürünc medal əldə ediblər.
Sərbəst güləşçilərimizdən Nurməhəmməd Hacıyev (84 kq) qızıl medal qazansa da, Mircəlal Həsənzadə (55 kq) və Abdulmuslim Muxuddinov (66 kq) bürünc medalla kifayətlənmişlər. Ruslan Surxayev (55 kq) isə turniri beşinci sırada tamamlayıb.
İki günün yekunlarına əsasən, güləşçilərimizin hesabında 5 qızıl, 3 gümüş və 4 bürünc medal var.
-
Magazin221:30
Gənc aktyor evində ölü tapıldı
-
Hadisə21:10
6 gündür axtarışda olan Nigar tapıldı: Niyə qaçıbmış? - VİDEO
-
Elm və təhsil20:30
Direktorun səs yazısı yayıldı, uşaq bağçası nəzarətə götürüldü
-
Kriminal19:50
MN-dəki 143 milyonluq yeyinti ilə bağlı işdə şahidin YALANI ÜZƏ ÇIXDI
-
Nəqliyyat19:20
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Hadisə19:10
Azərbaycanda məktəbli vəfat etdi - FOTO
-
Magazin119:00
Aygün və Namiq illər sonra yenidən... - VİDEO
-
İdman18:50
İlin ən yaxşı futbolçusu açıqlandı