“Qəbələ”dən ilk transfer
Bizi izləyin

İdman

“Qəbələ”dən ilk transfer

"Kəpəz" klubu Rəşad Eyyubovla yollarını ayırıb.

Publika.az xəbər verir ki, bu barədə sportnet.az-a Gəncə komandasının baş məşqçisi Şahin Diniyev məlumat verib.

Onun sözlərinə görə, mövsümün sonunadək olan müqavilə 23 yaşlı yarımmüdafiəçinin xahişi ilə pozulub. Diniyev Eyyubovun bu gündən Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qəbələ"nin düşərgəsində olduğunu bildirib.

Baş məşqçi "Qarabağ"ın yarımmüdafiəçisi Namiq Ələsgərovla rusiyalı hücumçu Vladimir Korobkanın "Kəpəz"də olduğuna dair xəbərləri isə təkzib edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm