Si Cinpin Fransadan bu ölkəyə getdi
Bizi izləyin

Avropa

Si Cinpin Fransadan bu ölkəyə getdi

Serbiya Prezidenti Aleksandar Vuçiç Belqrad hava limanında Çin Xalq Respublikasının sədri Si Cinpini təntənəli şəkildə qarşılayıb.

Publika.az xəbər verir ki, bu barədə "Tanjuq" agentliyi məlumat yayıb.

Fransadan gələn Si Cinpinin başçılıq etdiyi Çin nümayəndə heyətinin təntənəli qəbulu mayın 8-də Belqradda planlaşdırılır.

Çin Xalq Respublikasının sədri mayın 7-8-də dövlət səfəri ilə ölkədə olacaq. Çin Xarici İşlər Nazirliyindən bildirilib ki, Serbiyaya bu səfər səkkiz ildən sonra ilk olacaq və Çin-Serbiya münasibətlərinin yaxşılaşdırılması və yenilənməsi istiqamətində mühüm mərhələ olacaq.

Qeyd edək ki, Si Cinpinin son 5 ildə ilk dəfə Avropa turnesinə çıxıb. Bildirilir ki, Çin lideri dövlət başçılarının dəvəti ilə Fransa (gedib), Serbiya və Macarıstana səfər etməyi planlaşdırır.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm