Onun adına Dubayda muzey açıldı
Bizi izləyin

İdman

Onun adına Dubayda muzey açıldı

Bir neçə gün əvvəl “Qızıl top”un təqdimat mərasimi baş tutdu. “Real”ın və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo bu dəfə ilin ən yaxşısı seçilmədi. Amma bu onun populyarlığına ciddi zərbə vurmur.

Publika.az xəbər verir ki, bu günlərdə Dubayda nüfuzlu ticarət kompleksinin restoran və butikləri arasında, Fars körfəzinin sahilində açıq səmada portuqaliyalı superulduzun fərdi muzeyi açılıb.

Yanvarın 31-nə kimi fəaliyyət göstərəcək sərgidə Ronaldonun qazandığı titulların və mükafatların orijinal nümunələri nümayiş olunacaq: “Qızıl top”, “Qızıl buts”, Çempionlar Liqasının və İngiltərə Premyer Liqasının kubokları.

Sərginin mərkəzi hissəsində forvardın mumdan hazırlanmış fiquru qoyulub. Ziyarətçilər bu fiqurla xatirə şəkilləri çəkdirmək üçün növbəyə düzülür.

Muzeyi idarə edən və Ronaldonun karyerası haqda məlumat verən isə onun ən yaxın dostu və “Sportinq”dəki sabiq oyundaşı Miqel Payşaudur.

Muzeyin çıxışında üstündə bəzəkli “CR7” loqotipi olan suvenirlər satılır: bura alt paltarlarından tutmuş titulların surətinə kimi əşyalar daxildir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm