Messiyə “ilişən” polis həbs olundu
Bizi izləyin

İdman

Messiyə “ilişən” polis həbs olundu

Dubay məhkəməsi yerli polis əməkdaşını həbs edib.

Publika.az xəbər verir ki, asayiş keşikçisi “Barselona”nın hücumçusu Lionel Messinin şəxsi həyatına müdaxilə etdiyi üçün cəzalanıb. Hüquq-mühafizə orqanının əməkdaşı sosial şəbəkədə Leonun pasportuyla bağlı video yerləşdirib. Səhvini boynuna alan polis Argentina millisinin üzvündən üzr istəyib.

Xatırladaq ki, Messi ötən ilin dekabrında Avropa Futbol Klubları Assosiasiyasının (ECA) təsis etdiyi “ilin ən yaxşı futbolçusu” mükafatını almaq üşün BƏƏ-yə yollanmışdı. Həmin vaxt Dubay hava limanında xidmətdə olan polis əməkdaşı Leonun sənədlərini əlində tutaraq görüntüləmiş və bu sözləri yazmışdı: “Bunu yandırım, yoxsa geri qaytarım?”

Cari mövsümdə “Barselona”nın heyətində bütün turnirlərdə 23 oyun keçirən Messi 18 dəfə fərqlənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm