İlin ilk reytinqinə Hacı başçılıq edir
Bizi izləyin

İdman

İlin ilk reytinqinə Hacı başçılıq edir

Dünya Güləş Birliyi 2016-cı ilin yanvar ayında keçirilən yarışların nəticəsinə əsasən, sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb.

Publika.az xəbər verir ki, sərbəst güləşçilərimizdən 11 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub. Ən yaxşı göstərici ötənilki Dünya çempionatında ikinci çempionluğunu qazanan Hacı Əliyevdədir. O, öz çəkisində reytinqin birincisidir. Dünya çempionatının gümüş medalını qazanan Cəmaləddin Məhəmmədov reytinqdə də ikinci sırada mövqeyini qoruyub. Komandanın kapitanı Xetaq Qazyumov isə öz çəkisinin reytinqində üçüncü pillədə qərarlaşıb.

Olimpiya çempionlarımız Toğrul Əsgərov və Şərif Şərifovun da mövqelərində dəyişiklik baş verməyib. Güləşçilərimiz müvafiq olaraq 4-cü və 6-cı yerdə qərarlaşıb.

61 kq

1. Hacı Əliyev - Qızıl Qran Pri 1-ci yer (1)

65 kq

4. Toğrul Əsgərov - Qızıl Qran Pri 2-ci yer (4)

19. Coşqun Əzimov - Əli Əliyev turniri 1-ci yer (18)

70 kq

12. Ruslan Dibirhacıyev - Avropa Oyunları 3-cü yer (10)

74 kq

13. Cəbrayıl Həsənov - Qızıl Qran Pri 1-ci yer (13)

86 kq

7. Məhəmmədhacı Xatiyev - Dünya çempionatı 5-ci yer (5)

14. Aleksandr Qostiyev - Qızıl Qran Pri 1-ci yer (13)

18. Nurməhəmməd Hacıyev - Qızıl Qran Pri 2-ci yer (16)

97 kq

3. Xetaq Qazyumov - Dünya çempionatı 3-cü yer (3)

6. Şərif Şərifov - Qızıl Qran Pri 2-ci yer (6)

125 kq

2. Cəmaləddin Məhəmmədov - Qızıl Qran Pri 2-ci yer (2)

Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm