Millimiz üçün son şans
Bizi izləyin

İdman

Millimiz üçün son şans

Serbiyada təşkil olunan futzal üzrə Avropa çempionatının final mərhələsində bu gün 2-ci tura start veriləcək.

Publika.az xəbər verir ki, D qrupunda mübarizə aparan Azərbaycan millisi Çexiya ilə qarşılaşacaq. Bu oyun millimiz üçün həlledici xarakter daşıyır. Belə ki, ilk oyunda İtaliyaya 0:3 hesabıyla məğlub olan millimiz qrup mərhələsini adlamaq üçün bu oyunda qalib gəlməlidir. Matç heç-heçə bitəcəyi təqdirdə, millimizin taleyi Çexiya - İtaliya oyununda həll olunacaq.

Azərbaycan - Çexiya oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Futzal. Avropa çempionatı. Qrup mərhələsi

2-ci tur

5 fevral

D qrupu

00:00 Azərbaycan - Çexiya

Hakimlər: Admir Zahoviç (Sloveniya), Gerald Bauernfelnd (Avstriya)

Belqrad. “Belqrad Arena”

1. İtaliya - 3 (1), 2. Çexiya - 0 (0), 3. Azərbaycan - 0 (1).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm