"Neftçi" FİFA-nın cəzasından xilas oldu
Bizi izləyin

İdman

"Neftçi" FİFA-nın cəzasından xilas oldu

"Neftçi" klubu sabiq futbolçusu Emil Mpenzaya olan borcun ödənilmə məsələsində razılığa gəlib.

Publika.az xəbər verir ki, klubun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov sosial şəbəkə hesabında belçikalı sabiq hücumçu ilə danışıqların müsbət nəticələndiyini yazıb:

“Bu gün borcun ödənilməsi ilə bağlı FİFA-nın qoyduğu müddət bitirdi. Gecə saatlarında isə Mpenza ona olan borcun hissə-hissə ödənilməsi ilə bağlı müqaviləyə qol çəkib”.

Qeyd edək ki, "Neftçi"nin Emil Mpenzaya 1 milyon dollaradək borcu var. Beynəlxalq Arbitraj Məhkəməsi həmin borcun ödənilməsinə dair FİFA-nın qərarını qüvvədə saxlayıb. Borc ödənilməsə, klub avrokuboklara vəsiqədən məhrum edilə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm