İlk görüş qonaqlar üçün yaxşı olmadı - VİDEO
Bizi izləyin

İdman

İlk görüş qonaqlar üçün yaxşı olmadı - VİDEO

Çempionlar Liqasının 1/8 final mərhələsinə start verilib.

Publika.az xəbər verir ki, dünən iki qarşılaşma baş tutub. Günün ən maraqla gözlənilən oyunu Parisdə keçirilib. PSJ "Çelsi"ni qəbul edib. Oyun Paris təmsilçisinin 2:1 hesablı qələbəsiylə nəticələnib.

1/8 finalın digər oyununda isə "Benfika" "Zenit"i qəbul edib. Portuqaliyalılar Yonasın matçın 91-ci dəqiqəsində vurduğu qolla 1:0 hesabıyla qalib gəliblər.

Beləliklə, ilk oyunlarında bir top fərqiylə qalib gələn PSJ və "Benfika" cavab oyunu öncəsi kiçik üstünlük əldə ediblər.

Çempionlar Liqası. 1/8 final, ilk oyunlar

16 fevral

23:45 PSJ (Fransa) - Çelsi (İngiltərə) 2:1

Qol: İbrahimoviç, 39. Kavani, 78 - Mikel, 45.

Baş hakim: Karlos Velasko Karbalyo (İspaniya).

Paris. "Park de Prens" stadionu.

23:45 Benfika (Portuqaliya) - Zenit (Rusiya) 1:0

Qol: Yonas, 91.

Qırmızı vərəqə: Krişito, 90 (Zenit).

Baş hakim: Canluka Rokki (İtaliya).

Lissabon. "Benfika" stadionu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm