“Qarabağ” “Neftçi”nin biləyini bükə bilmir
Bizi izləyin

İdman

“Qarabağ” “Neftçi”nin biləyini bükə bilmir

Bu gün Azərbaycan Premyer Liqasında 22-ci turun oyunları start götürəcək.

Publika.az xəbər verir ki, 3 gün davam edəcək turun ilk oyununda "İnter"lə "Kəpəz" üz-üzə gələcək. Turnir cədvəlində qonşu olan komandalar cari mövsümdə üçüncü dəfə qarşılaşacaq. İlk iki dövrədə Bakıda baş tutmuş matçda "Bankirlər" qalib gəlmiş (1:0), Gəncədəki oyuna isə qalib müəyyənləşməmişdi (0:0). Bu dəfə gəncəlilər tilsimi qırmağa çalışacaq.

Turun mərkəzi oyunu Suraxanıda olacaq. Ölkə çempionatlarının daimi iştirakçıları - “Qarabağ”la “Neftçi” üz-üzə gələcək. Cari mövsümdə hələ ki, ağdamlılar bakılıların biləyini bükə bilməyib.

Bu tur “Qəbələ” üçün yüngül gəzinti olacaq. Premyer Liqada ən asan rəqiblərdən sayılan “Rəvan”dan növbəti 3 xalı almaq şimallılar üçün çətin olmamalıdır.

Premyer Liqa, 22-ci tur

19 fevral

15:00 İnter – Kəpəz

Statistika: 20 oyun, 13 qələbə, 3 heç-heçə, 4 məğlubiyyət, top fərqi - 39:18.

Hakimlər: Fariz Yusifov, Mehman Mahmudov, Kamran Bayramov, Ziya Nəsirov

AFFA nüməyəndəsi: Ramiz Abdullayev

Hakim-inspektor: Vüsal Əliyev

Bakı. "İnter Arena"

“Kəpəz” 3 oyundur qol vurmur. “İnter” 6 oyundur uduzmur. İndiyədək səfərdə rəqibinə qalib gəlməyən Gəncə klubu 10 matçda 1 xal qazanıb.

20 fevral

15:00 Sumqayıt – AZAL

Statistika: 18 oyun, 3 qələbə, 8 heç-heçə, 7 məğlubiyyət, top fərqi - 18:26.

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Mahir Məmmədov

AFFA nüməyəndəsi: Adil Nadirov

Hakim-inspektor: Xaqani Məmmədov

Sumqayıt. "Kapital Bank Arena"

Ardıcıl 3 matçda 2 qol vurulub. AZAL 6 oyundur rəqibinə uduzmur.

17:30 Qarabağ – Neftçi

Statistika: 62 oyun, 20 qələbə, 24 heç-heçə, 18 məğlubiyyət, top fərqi - 60:59.

Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Nahid Əliyev, Ramil Əhmədov

AFFA nüməyəndəsi: Namiq Məstanov

Hakim-inspektor: Məlik Həsənov

Bakı. "Azərsun Arena"

Ölkə çempionatında ən çox qarşılaşan rəqiblər 63-cü dəfə üz-üzə gələcək. Bu oyunlarda kiçik üstünlüyə malik “Qarabağ” cari mövsümdə qalib gəlməyib. Son 3 matçda bakılılar qol sevinci yaşayıb. “Neftçi” 5 matçdır səfərdə qalib gəlmir.

21 fevral

14:00 Xəzər Lənkəran – Zirə

Statistika: 2 oyun, 2 məğlubiyyət, top fərqi - 0:2.

Hakimlər: Ramil Diniyev, Cavanşir Yusifov, Vüqar Bayramov, Elvin Əsgərov

AFFA nüməyəndəsi: Eldar Qasımov

Hakim-inspektor: Kərim Ağayev

Lənkəran. "Xəzər Lənkəran" mərkəzi stadionu

Komandalar arasında əvvəlki oyunlarda eyni hesab qeydə alınıb. Hər iki qarşılaşmada “Zirə” minimal hesablı qələbə qazanıb.

16:30 Rəvan – Qəbələ

Statistika: 10 oyun, 2 qələbə, 2 heç-heçə, 6 məğlubiyyət, top fərqi - 9:20.

Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Munis Abdullayev, Xəlil Xəlilov

AFFA nüməyəndəsi: Arif Fərəcov

Hakim-inspektor: Füzuli Nəcəfov

Bakı. "Bayıl Arena"

“Rəvan” son 7 qarşılaşmada qalib gəlməyib. “Qəbələ” səfərdəki bütün oyunlarda qələbə qazanıb.

Qeyd: Turun bütün oyunları CBC Sport telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm