Azərbaycanda 60 metrdən möhtəşəm qol - VİDEO
Bizi izləyin

İdman

Azərbaycanda 60 metrdən möhtəşəm qol - VİDEO

Azərbaycan çempionatında möhtəşəm qol qeydə alınıb.

Publika.az xəbər verir ki, I divizionun "Şəmkir" - "Şahdağ" oyununda azarkeşlər meydanın mərkəzindən vurulan qola şahidlik edib.

Belə ki, qarşılaşmanın 54-cü dəqiqədə "Şahdağ"ın futbolçusu Şahin Məmmədov mərkəz xəttindən də bir az uzaqdan cərimə zərbəsini yerinə yetirib və topu birbaşa qapıya göndərib. Onun zərbəsi "Şəmkir"in qapıçısı Ravil Məmmədov üçün qarşısıalınmaz olub.

Qeyd edək ki, oyun 2:2 hesabı ilə başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm