İdman
Yeni reytinq açıqlandı
Dünya Güləş Birliyi 2016-cı ilin mart ayında keçirilən yarışların nəticəsinə əsasən sərbəst güləş üzrə yeni reytinq siyahısını açıqlayıb.
Publika.az xəbər verir ki, sərbəst güləşçilərimizdən 10 nəfəri Dünya Güləş Birliyinin reytinq siyahısında öz yerlərini tutub.
İkiqat Dünya çempionu, son Avropa çempionatının bürünc medalçısı Hacı Əliyev öz çəkisində reytində yenə də ilk sıradadır. Mövqeyi dəyişməyən güləşçilərimizdən biri də Olimpiya çempionu Toğrul Əsgərovdur. O, reytinqdə 5-ci sıradadır.
Riqada keçirilən son Avropa çempionatının gümüş medalçısı Cəbrayıl Həsənov 5 pillə irəliləyərək 9-cu sırada qərarlaşıb. Reytinqdəki mövqeyini yaxşılaşdıran daha bir güləşçimiz isə Aleksandr Qostiyevdir. Avropa çempionatında qazandığı gümüş medal güləşçimizi 10-cu sıradan 3-cü sıraya yüksəldib.
61 kq
1. Hacı Əliyev - Avropa çempionatı 3-cü yer (1)
65 kq
5. Toğrul Əsgərov - Qızıl Qran Pri 2-ci yer (5)
70 kq
12. Hacımurad Ömərov - U-23 Avropa çempionatı 2-ci yer (9)
74 kq
9. Cəbrayıl Həsənov - Avropa çempionatı 2-ci yer (14)
86 kq
3. Aleksandr Qostiyev - Avropa çempionatı 2-ci yer (10)
13. Nurməhəmməd Hacıyev - U-23 Avropa çempionatı 1-ci yer (12)
17. Məhəmmədhacı Xatiyev - Dünya çempionatı 5-ci yer (13)
97 kq
6. Xetaq Qazyumov - Dünya çempionatı 3-cü yer (4)
13. Şərif Şərifov - Qızıl Qran Pri 2-ci yer (10)
125 kq
5. Cəmaləddin Məhəmmədov - Qızıl Qran Pri 2-ci yer (3)
Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR