İdman
“Gün gələcək, Azərbaycan bayrağı Şuşada dalğalanacaq”
Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandasının üzvləri bu gün keçirilən mətbuat üçün açıq məşqdə son günlər cəbhə xəttində baş verən hadisələrlə əlaqədar fikirlərini bildiriblər.
Publika.az xəbər verir ki, jurnalistlərə açıqlama verən baş məşqçi Cəmşid Xeyrəbadi erməni təxribatlarının qarşısını almaq və torpaqlarımızı işğaldan azad etmək uğrunda döyüşlərdə şəhid olan əsgərlərimizə Allahdan rəhmət diləyib, əzizlərinə və Azərbaycan xalqına başsağlığı verib. O, Azərbaycanın doğma torpaqlarını geri qaytaracağına əminliyini ifadə edib: "İnşallah, haqq yerini tapacaq və Dağlıq Qarabağ Azərbaycana qayıdacaq".
Milli komandamızın üzvü Elvin Mürsəliyev döyüşlər zamanı Azərbaycan torpaqlarının bir hissəsinin işğaldan azad edilməsinin qürurverici olduğunu vurğulayıb: "Qardaşlarımız cəbhədə şəhid olub və yaralanıblar. Şəhid olanlara Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Qürurverici haldır ki, torpaqlarımızın bir hissəsi işğaldan azad olunub".
Yığmamızın digər üzvü Kamran Məmmədov isə cəbhədə Azərbaycan ordusunun üstünlük əldə etməsinin hamıya böyük ruh yüksəkliyi verdiyini qeyd edib. İdmançı şəhidlərin ailələrinə və yaxınlarına başsağlığı verib, səbr diləyib: "İnanıram ki, gün gələcək, Azərbaycan bayrağı Şuşada, Xankəndidə dalğalanacaq".
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR