Almaniyada növbəti gümüş
Bizi izləyin

İdman

Almaniyada növbəti gümüş

Azərbaycan milli komandasının daha bir üzvü Avropa Taekvondo Birliyinin Almaniyanın Bonn şəhərində təşkil etdiyi "DTF Presidents Cup" beynəlxalq turnirində medal qazanıb.

Publika.az xəbər verir ki, G2 kateqoriyalı yarışa qatılan Məcid Sofiyev turniri fəxri kürsüdə başa vurub. 54 kq çəki dərəcəsində mübarizə aparan "Qəbələ" İdman Klubunun taekvondoçusu finala qədər bütün rəqiblərinə qalib gəlib. Yalnız həlledici döyüşdə məğlub olan Sofiyev yarışı gümüş medalla bitirib.

Bu, "Qəbələ" idmançılarının Bonnda təşkil olunan turnirdə 2-ci medalıdır. Sofiyevə qədər 63 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Məmmədov da fəxri kürsüyə qalxıb. O, yarışın ilk günündə gümüş medal əldə edib.

"Qəbələ"nin idmançılarından başqa, 53 kq-da mübarizə aparan xanım taekvondoçumuz Patimat Abakarova da medal qazanıb. O, turniri "bürünc"lə başa vurub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm