Avropa təsnifat turniri başlayır - HEYƏT
Bizi izləyin

İdman

Avropa təsnifat turniri başlayır - HEYƏT

Aprelin 15-17-də Serbiyanın Zrenyanin şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına vəsiqə verən Avropa təsnifat turniri keçiriləcək.

Publika.az xəbər verir ki, turnirdə sərbəst, yunan-Roma və qadın güləşi üzrə yığma komandalarımızın 6 üzvü Olimpiya vəsiqəsi uğrunda yarışacaq. Turnirin finalına yüksələn hər bir güləşçi Olimpiadaya vəsiqəni təmin edəcək.

Sərbəst güləş yarışlarında ölkəmizi Mahmud Məhəmmədov (57 kq) və Cəbrayıl Həsənov (74 kq), yunan-Roma güləşi yarışlarında Kamran Məmmədov (66 kq) və Şalva Qadabadze (98 kq), qadın güləşi yarışlarında isə İrina Netreba (63 kq) və Elis Manolova (69 kq) təmsil edəcək.

Məlumat üçün bildirək ki, güləş yığmalarımız bu günədək Rio-de Janeyro Olimpiya Oyunlarına 11 vəsiqə qazanıb. Bunlardan 4-ü sərbəst, 4-ü yunan-Roma, 3-ü isə qadın güləşçilərin payına düşür.

Turnirin proqramı

15 aprel - 48, 53 kq qadın, 57, 65 kq sərbəst, 59, 66 kq yunan-Roma

16 aprel - 58, 63 kq qadın, 74, 86 kq sərbəst, 75, 85 kq yunan-Roma

17 aprel - 69, 75 kq qadın, 97, 125 kq sərbəst, 98, 130 kq yunan-Roma

İlk görüşlər Bakı vaxtı ilə saat 11:30-da, final görüşləri isə 21:00-da başlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm