Gimnastlardan 3-cü lisenziya!
Bizi izləyin

İdman

Gimnastlardan 3-cü lisenziya!

Olimpiya Oyunlarının kişi idman gimnastikası üzrə yarışlarında ölkəmiz iki gimnastla təmsil olunacaq (ilk dəfə Azərbaycanı bu idman növündə London Olimpiadasında Şakir Şixəliyev təmsil etmişdi).

Publika.az xəbər verir ki, bu, Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Test Turnirində Petro Paxnyukun nümayiş etdirdiyi yarış əzminin sayəsində mümkün olub.

Altı alət üzərində çıxışların cəmində 85.257 xal toplayan Petro, Olimpiya Oyunlarının gələcək iştirakçılarının siyahısında asanlıqla yer alıb.

Bu, artıq gimnastlarımız tərəfindən Rio-2016 Oyunlarına qazanılan 3-cü Olimpiya lisenziyasıdır. Xatırladaq ki, Petronun komanda yoldaşı Oleg Stepko, Qlazqoda keçirilən ötən ilin Dünya Çempionatında 3-cü yerə layiq görülərək, planı vaxtından əvvəl yerinə yetirməklə ilk təsnifat turnirində lisenziya qazanmışdı. Daha bir lisenziyani Ştutqartda keçirilən bədii gimnastika üzrə Dünya Çempionatının çoxnövçülüyündə 6-cı yerdə qərarlaşaraq, gimnast Marina Durunda əldə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm