“Qarabağ” çempion oldu
Bizi izləyin

İdman

“Qarabağ” çempion oldu

Bu gün Azərbaycan Premyer Liqada 32-ci tura yekun vurulub. Son oyun günündə “Qarabağ” Azərbaycan çempionu adını rəsmiləşdirib.

Qurban Qurbanovun yetirmələri səfərdə “Zirə”yə 2:0 hesabı ilə qalib gəlməklə, son 4 turun nəticəsindən asılı olmayaraq, tarixində dördüncü, ardıcıl isə üçüncü dəfə Azərbaycan çempionu olub. Oyunda ilk qolu 28-ci dəqiqədə Dani Kintana, ikinci qolu isə 74-cü dəqiqədə braziliyalı futbolçu Reynaldo rəqib qapısından keçirib.

Ağdam təmsilçisi ilk dəfə 1993, daha sonra isə 2014, 2015 və 2016-cı illərdə Azərbaycan çempionatının qalibi olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm