İdman
UEFA “Qəbələ”nin futbolçusundan yazdı
Ölkəmizdə 17 yaşa qədər futbolçular arasında Avropa çempionatı keçirilir.
Publika.az xəbər verir ki, çempionat və iştirakçılar barədə müxtəlif yazılar hazırlayan Avropanın ali futbol qurumunun – UEFA-nın rəsmi səhifəsi bu dəfə turnirin diqqət çəkən futbolçularından bəhs edib.
“Çempionatda izləmək üçün 16 futbolçu” başlıqlı yazıda turnirdə çıxış edəcək 16 komandanın ən vacib 1 futbolçusunun adına yer verilib və adıçəkilən futbolçunun özəllikləri sadalanıb. Azərbaycan milli komandasından sözügedən siyahıya “Qəbələ” Futbol Akademiyasının yetirməsi Fərid Nəbiyevin adı salınıb.
Nəbiyev haqda bu sözlərə yer verilib: “Nəbiyev meydançanı yaxşı görmək qabiliyyətinə malik hücumameylli yarımmüdafiəçidir. “Qəbələ”nin futbolçusu driblinq edə və hər iki ayağı ilə zərbə vura bilir. O, başla da yaxşı oynayır. Nəbiyev künc zərbələrinin və cərimə zərbələrinin yerinə yetirilməsində də əsas rol oynayır”.
Siyahıda digər komadalardan aşağıdakı futbolçuların adları sadalanıb:
A qrupu
Azərbaycan – Fərid Nəbiyev (“Qəbələ”)
Belçika – Mayl Svilar (“Anderlext”)
Portuqaliya – Xose Qomez (“Benfika”)
Şotlandiya – Liam Bart (“Reyncers”)
B qrupu
Avstriya – Romano Şmit (“Şturm” Qraz)
Bosniya və Hersoqovina – Nedim Hadziç (“Sarayevo”)
Almaniya - Renat Dadaşov (“Leypsiq”)
Ukrayna – Sergey Buletsa (“Dinamo” Kiyev)
C qrupu
Danimarka – Yens Odgaard (“Linqbi”)
İngiltərə - Reyss Nelson (“Arsenal”)
Fransa – Alban Lafont (“Tuluza”) – Qapıçı mövqeyində çıxış edən Lafont Fransada – Liqa 1-də forma geyən ən gənc qapıçı kimi tarixə düşüb. O, 2015-ci ilin noyabr ayında 16 yaş 310 günlüyündə “Nitsa”ya qarşı meydançaya çıxıb.
İsveç – Jozef Kolley (“Çelsi” İngiltərə) – Perspektiv vəd edən müdafiəçi 2015-ci ilin iyul ayında “Çelsi” ilə müqaviləyə imza atıb.
D qrupu
İtaliya – Mois Kin (“Yuventus”)
Hollandiya – Tahit Çonq (“Feyenoord”)
Serbiya – Deyan Yoveliç (“Srvena Zvezda”)
İspaniya - Oriol Buskets (“Barselona”)
-
Sosial12:05Azərbaycanlı tələbələr bu ölkəyə buraxılmadı - RƏSMİ
-
Sosial11:30Polad Bülbüloğluya qarşı şok ittiham: Ramiz Mehdiyev ilə...
-
Region10:42Paşinyan qəzəbləndi, zalı tərk etdi: Bu gün Ermənistan parlamentində nə baş verib?
-
Ekologiya10:36Dünya buz dövrünün astanasında: Vaxt daralır, millətin mövcudluğu təhlükə altındadır
-
Sosial09:36Rusiya və Gürcüstanda 5, bizdə 10 faiz - Deputat bu verginin azaldılmasını təklif edir
-
MDB09:12Qonşuda avtomobillər rekord həddə bahalaşdı: Səbəbi bəllidir
-
Region08:10Türkiyədə ard-arda 3 güclü zəlzələ baş verdi
-
ABŞ07:55Tramp şatdauna son qoyan qanunu imzaladı









.jpg)

.jpg)








.png)








.jpg)





.jpg)



