İdman
IV İslam Həmrəylik Oyunlarının startına 1 il qaldı
Sabah IV İslam Həmrəyliyi İdman Federasiyasının Əlaqələndirmə komissiyasının sayca 3-cü iclası keçiriləcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, iclasda Əlaqələndirmə Komissiyasının və İslam Həmrəyliyi oyunları ilə bağlı Əməliyyat Komitəsinin üzvləri iştirak edəcəklər.
İclasda oyunların həyata keçirilməsi istiqamətində görülmüş və qarşıdakı müddət ərzində görülməsi tələb olunan işlər ətrafında müzakirə aparılacaq.
Günün 2-ci hissəsi isə media nümayəndələri üçün mətbuat konfransı keçiriləcək.
Mətbuat konfransında gənclər və idman naziri, IV İslam Həmrəyliyi Oyunlarının icraçı direktoru Azad Rəhimov, MOK vitse prezidenti, İslam Həmrəyliyi İdman Federasiyasının 2-ci vitse prezidenti Çingiz Hüseynzadə, İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Abdulaziz Al-Nassar və digər rəsmilər iştirak edəcəklər.
12 may tarixinin ən əlamətdar hadisələrindən biri IV İslam Həmrəyliyi oyunlarının başlamasına 1 il qalmasıdır. Bununla əlaqədar olaraq, mətbuat konfransı zamanı oyunların yeni loqosunun və internet səhifəsinin təqdimatı keçiriləcək.
Axşam saatlarında isə Bakı Biznes Mərkəzinin qarşısında IV İslam Həmrəyliyi oyunlarına 1 il qalması münasibəti ilə idman nümayişi olacaq.
Mayın 13-də IV İslam Həmrəyliyi oyunları ilə əlaqədar olaraq MOK-lərinin “Açıq gün” iclası keçiriləcək. İclasda 36 ölkədən 70-dən artıq nümayəndə iştirak edəcək. İclas zamanı oyunların təhlüksizlik, akreditasiya, nəqliyyat və s kimi məsələləri müzakirə olunacaq.
-
Qarabağ 13:42
Tokayevdən Bakı və İrəvana təklif: Hazırıq
-
İdman12:57
Daha Ronaldoya ehtiyac yoxdur, Corcina brenddir: Görün nə qədər sərvəti var - FOTOLAR
-
Hadisə12:00
Generala ağır itki üz verdi - FOTO
-
Qoroskop11:12
Ən uğursuz bürclər açıqlandı: Onlar həyata geridə başlayırlar
-
Dünya10:12
İsraili şoka salan taktika: İran bacarmadı, "Hizbullah" isə görün nələr etdi
-
ABŞ09:54
Tramp ilk dəfə açıqladı: “Putin mənə bu haqda danışırdı, amma əngəllədim”
-
MDB09:18
Rusiyada böhran: Rekord sayda insan müflis oldu
-
Elm və təhsil08:22
Tələbələrə şad xəbər: Bu tarixdən təqaüdlər artırılır - VİDEO