“Şeytanlar”ın 40 milyonluq “alış-veriş”i - FOTOLAR
Bizi izləyin

İdman

“Şeytanlar”ın 40 milyonluq “alış-veriş”i - FOTOLAR

“Şeytanlar”ın 40 milyonluq “alış-veriş”i - FOTOLAR

"Mançester Yunayted" "Bavariya"nın futbolçusu Toni Kroosu transfer etmək fikirində israr edir. Publika.Az xəbər verir ki, “MY” artıq alman futbolçu ilə danışıqlara başlayıb.

"Qırmızı şeytanlar"ın baş məşqçisi Devid Moyes yeni mövsümdən 24 yaşlı futbolçunu komandasında görmək istəyir. Kroosun da İngiltərədə oynamaq istəməsi "Mançester Yunayted"in işini asanlaşdırır. İngiltərə nəhəngi futbolçunun transferi üçün “Bavariya”ya 40 milyon avro təklif edib. Tərəflər arasında razılıq əldə olunarsa, Almaniya millisinin üzvü yeni mövsümdən "MY"in formasını geyinəcək.

Qeyd edək ki, “Mançester Yunayted” dahan öncə də Kroosu istəsə də, tərəflər maliyyə məsələsində anlaşmamışdılar.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm