İdman
Məşhur futbolçuya 250 min avroluq şantaj - FOTO
İki il əvvəl “Almaniya Super Ulduzunu Axtarır” adlı mahnı müsabiqəsində çıxışıyla tanınan 20 yaşlı Anita Latifinin Türkiyə millisinin və “Bayer”in futbolçusu Hakan Çalhanoğlunu şantaj etdiyi üzə çıxıb.
Publika.az xəbər verir ki, müğənnilikdən daha çox internetdə yayılan əxlaqsız videoları ilə məşhurlaşan Anita Hakanı şantaj edərək, ondan 250 min avro tələb edib. Düsseldorf prokurorluğu Anitaya və ona köməklik edən bir jurnalistə ittiham irəli sürüb.
Latifi Hakan “Hamburq”da oynadığı dövrlərdə ondan hamilə qaldığını və qarnına vurduğu təpik nəticəsində uşağı itirdiyini iddia edib:
“Hakanla əyləncə məclisində tanış olmuşduq. Bir müddət sonra müayinə zamanı hamilə olduğum üzə çıxdı. Aborta razı olmadığım üçün qarnıma təpiklə vurdu. Ertəsi həkimə getdim və uşağın düşdüyünü dedilər”.
Çalhanoğlu və nümayəndəsi Bektaş Demirtaşın Düsseldorf prokurorluğuna müraciətindən sonra başlanan istintaq nəticəsində Anitanın nə hamilə qaldığı, nə də uşaq düşürdüyü məlum olub. İstintaq zamanı Hakandan telefonda 250 min avro istəyən adamın jurnalist olduğu da üzə çıxıb.
Prokurorluq Anita və cinayət ortağı haqda ittihamnaməni məhkəməyə təqdim edib. Məhkəmənin bu ittihamnaməni qəbul edib-etməməsi haqda məlumat verilmir.
Pərviz Hikmət
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi
-
Magazin119:15
Talıb Talenin toyu olacaq: özündən 15 yaş kiçik xanımla... - VİDEO
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi