8 idmançımız Avropa çempionatına yollandı
Bizi izləyin

İdman

8 idmançımız Avropa çempionatına yollandı

Pankrationçularımız ciddi sınaq qarşısındadırlar. Onlar Budapeştdə keçiriləcək Avropa çempionatında ümidləri doğrultmalıdırlar.

Publika.az xəbər verir ki, Pankration, Qrapplinq və MMA Federasiyasının prezidenti Azad Əskərovun rəhbərliyi ilə Macarıstana yollanacaq komandaya 8 idmançı daxil edilib: Fazil Qasımov, Fərid Xəlilov, Fərid Hadıyev, Elşən Əmirov, Coşqun Dərişov, Ehtiram Dərişov, Tural Məmmədov və Murad Şəfizadə.

Təmsilçilərimizin Dünya çempionatındakı nəticələrini qənaətbəxş qiymətləndirən Pankration, Qrapplinq və MMA Federasiyasının prezidenti Azad Əskərov növbəti yarışın daha uğurlu alınacağına inanır: "Avropa çempionatına güclü idmançılarla yollanırıq. Artıq hazırlıqlarımızı yekunlaşdırmışıq. Rəqiblərimiz çox güclüdür. Xüsusilə, Ukrayna və Rusiya idmançıları ilə döyüşlərimiz çətin keçəcək. Ancaq inanıram ki, uğurlu nəticələrlə qayıdacağıq".

Qeyd edək ki, iyunun 10-da start götürəcək Avropa çempionatı 3 gün davam edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm