İspaniyalı ulduzun adı seks qalmaqalında
Bizi izləyin

İdman

İspaniyalı ulduzun adı seks qalmaqalında

İspaniya yığmasının və “Mançester Yunayted” klubunun qapıçısı David De Xea onun cinsi istismarda iştirakı ilə bağlı məlumatı təkzib edib.

ANS PRESS-in məlumatına görə, futbolçu bu barədə özü məlumat verib.

"Mən bunu təkzib edirəm, bu məlumat doğru deyil. Bütün yayılan məlumatlar yalandır. Vəkillərim hal-hazırda bununla məşğuldurlar. Xəbəri eşidəndə ilk öncə ailəmlə əlaqə saxladım ki, rahat olsunlar. Siz məni tanıyırsınız. Bu xəbəri mən eşidəndə otaqda "playstation" oynayırdım. Mən həmişə sakitəm. Bu cür uydurmalar məni daha da sakitləşdirir".

Mətbuatda İspaniya millisinin qapıçısı David De Xeanın cinsi istismarda ittiham olunduğu barədə xəbərlər yayılıb. Kimliyi açıqlanmayan bir qadın De Xea ilə yanaşı, "Atletik Bilbao"nun oyunçusu İker Muniainin də adını cinsi istismarda çəkib.

Məlumatda qeyd olunub ki, De Xea və Muniain ittihamları qəbul ediblər. İspaniya futbol yığmasının baş məşqçisi Visente Del Boske bu hadisədən sonra De Xeanı Fransada keçiriləcək futbol üzrə Avropa çempionatına (Avro-2016) apardığı heyətdən çıxarıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm