AÇ-2016: Macarların faşist salamı aranı qarışdırdı
Bizi izləyin

İdman

AÇ-2016: Macarların faşist salamı aranı qarışdırdı

AÇ-2016-nın F qrupunda 2-ci turda baş tutan İslandiya – Macarıstan qarşılaşmasında (1:1) yaşananlara görə UEFA intizam işi açıb.

Publika.az xəbər verir ki, macar fanatlar oyundan əvvəl stadionda xidmət göstərən stüardlarla dalaşıb.

Bundan əlavə, azarkeşlərin faşist salamı da diqqətdən qaçmayıb. Həmçinin azarkeşlərinin meydana pirotexniki vasitələr və yad cisimlər atmasına görə Macarıstan millisini ciddi cəza gözləyir. Qitə futbol qurumunun İntizam Komitəsi sabah qərarını açıqlayacaq.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm