AÇ-2016-da biabırçılıq: Formalar keyfiyyətsiz çıxdı – FOTOLAR
Bizi izləyin

İdman

AÇ-2016-da biabırçılıq: Formalar keyfiyyətsiz çıxdı – FOTOLAR

Fransada keçirilən Avropa çempionatında maraqlı hadisə baş verib.

Publika.az xəbər verir ki, Fransa - İsveçrə matçında futbolçuların formaları cırılıb. İsveçrənin 4 futbolçusunun - Mehmedi, Xaka, Dzemaili və Embolonun formasının əynində cırılması çempionatın ən çox müzakirə edilən hadisələrindən olub.

Bu hadisə ilə bağlı formaları istehsal edən "Puma" açıqlama yaymağa vadar olub. Formaların Türkiyədə istehsal edildiyi bəlli olub. "Puma" formalarından 5 komandanın istifadə etdiyini, 10 matçda heç bir problem yaşanmadığını diqqətə çatdırıb. Açıqlamada qeyd edilir ki, bir neçə formada qüsur olub.

Hadisə ilə bağlı açıqlama verən Türkiyə nümayəndəsi isə bunları deyib: "Biz formaları sadə, üzərində heç nə olmadan istehsal edirik. Yəni üzərlərində ad, nömrə və reklam olmur. Bunlar sonradan yapışdırılır ki, proses Türkiyədə həyata keçirilmir. Matçda nə üçün belə hadisənin baş verməsini araşdırırıq. Ancaq böyük ehtimalla nömrə və ad yapışdırılarkən formalar yüksək istiliyə məruz qalıblar. Nəticədə formalar bu hala düşüb. Yapışdırma işlərinin harada olduğundan xəbərsizik".

Çempionatda 9 komandanın formasını istehsal edən "Milteks"in nümayəndəsi "Puma"dan başqa, "Nike", "Adidas" kimi dünya şöhrətli idman məhsulları istehsalçıları ilə də işlədiklərini, hələ belə bir problemlə qarşılaşmadıqlarını deyib. Onun sözlərinə görə, "Puma" AÇ-2016 formalarında "ACTV Thermo-R" adlı xüsusi texnologiyadan istifadə edir. Formanın üzərindəki rəqəmlərin içinə xüsusi silikon maddə yerləşdirilir. Bu idmançının performansına müsbət yöndə təsir edir. İlk dəfə bu texnologiyadan 2014-cü ildə keçirilən çempionatda istifadə edilib".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm