50 yaşlı qadının heyrətamiz bədən quruluşu - FOTOLAR
Bizi izləyin

İdman

50 yaşlı qadının heyrətamiz bədən quruluşu - FOTOLAR

Çinin Henan əyalətinin 50 yaşlı xanım sakini paylaşdığı fotolarla internet istifadəçilərini heyrətləndirib.

Publika.az xəbər verir ki, bu yaşda idmanla aktiv məşğul olan fitness həvəskarı formalaşdırdığı bədən quruluşuna görə 25 yaşlı gənc qıza bənzəyir.

Ye Ven adlı qadın 30 yaşdan sonra hər gün üzgüçülüklə məşğul olub və mütəmadi trenajor zalına baş çəkib.

Bir oğlu olan Ven bu ilin martında Melaka boğazını üzərək keçib və Cənubi Koreyadakı Hanqan çayını da eyni metodla fəth etməyi planlaşdırır.

Ven 80 yaşında da indiki ölçüdə bikini geyinəcəyinə ümid edir. Onun fotoları Çin sosial şəbəkələrində böyük marağa səbəb olub. İnsanlar onun bədən quruluşuna heyran olub.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm