İdman
Braziliyalı ulduz Çinə getdi – 55 milyon avroya
“Zenit”in və Braziliya millisinin hücumçusu Halk karyerasını Çində davam etdirəcək.
Publika.az xəbər verir ki, 29 yaşlı forvard iyulun 1-dən “Şanxay Telles”in formasını geyinəcək. Bu haqda transfermarkt.de saytı xəbər yayıb.
Transferin dəyəri 55 milyon avro göstərilir. Ancaq müqavilənin müddəti haqda məlumat verilmir. Braziliyalı qoleador sabah Çinə yola düşməlidir. Tibbi müayinədən keçdikdən sonra imza mərasimi olacaq. Bu barədə klubun mətbuat xidmətindən xüsusi anons verilib.
“Şanxay Telles” 2015-ci ildə Çin çempionatında gümüş medalları qazanıb. 2014-cü ildən komandanı İngiltərə millisinin sabiq baş məşqçisi, Avropada kifayət qədər tanınan Sven-Yoran Eriksson çalışdırır. Komandada Qana millisinin üzvü Asamo Qyan da top qovur.
“Zenit”ə 2012-ci ildə “Portu”dan gələn Halk 5 il Rusiya Premyer Liqasında top qovdu. Son mövsümdə bütün turnirlərdə 38 oyunda meydana çıxan braziliyalı hücumçu 23 qol və 22 məhsuldar ötürmə müəllifi olub.
Pərviz Hikmət
-
MDB09:12
Avtomobillərin texniki baxış qiymətləri yenidən bahalaşacaq
-
Magazin208:22
"Qremmi" mükafatlı müğənni vəfat etdi
-
Hadisə07:55
Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTO
-
Kriminal05:45
Piramida üsulu ilə pulu belə oğurlayırlar - VİDEO
-
Avto02:19
Zukerberq xanımı üçün xüsusi "Porsche" hazırlatdı - FOTOLAR
-
ABŞ01:40
"Milton" yaxınlaşır - Co Bayden fövqəladə vəziyyət elan etdi
-
Dünya01:20
İsrail bu gecə İrana zərbə endirməyi planlaşdırır
-
Qoroskop00:22
Günün qoroskopu: qəfil xərclərlə üzləşə bilərsiz