AÇ-2016-da daha bir erkən final - YENİLƏNİR
Bizi izləyin

İdman

AÇ-2016-da daha bir erkən final - YENİLƏNİR

Bu gün AÇ-2016-da 3-cü yarımfinalçının adına aydınlıq gələcək.

Publika.az xəbər verir ki, 1/4 finalda daha bir erkən final baş tutacaq. Turnirin favoritləri - Almaniya və İtaliya münasibətlərinə aydınlıq gətirəcəklər.

Bundan öncəki mərhələdə son iki turnirin qalibi olan İspaniyanı mübarizədən kənarlaşdıran İtaliya eyni uğuru almanlarla oyunda da təkrarlamaq niyyətindədi. Antonio Konte almanlara qarşı oyuna itkilərlə çıxacaq. Belə ki, italyan mütəxəssis cəza səbəbindən Antonio Kandreva və Tyaqo Mottanın xidmətindən yararlana bilməyəcək. İspaniya ilə oyunda zədələnən Daniele De Rossi də çox güman, "panzerlər"lə oyunda forma geyinə bilməyəcək. Kontenin bu itkiləri hansı futbolçularla sığortalayacağı maraq doğurur.

Ötən Avropa çempionatının yarımfinalında "skuadra adzurra"ya 1:2 hesabıyla uduzaraq mübarizəni dayandıran Almaniya bu məğlubiyyətin qisasını almağa çalışacaq. Ümumiyyətlə, Almaniya millisi tarixi ərzində İtaliyanı rəsmi oyunlarda bir dəfə də olsun məğlub edə bilməyib. Yoahim Lövün komandası Bordoda keçiriləcək oyunda bu mənfi tendensiyaya da son qoymağa çalışacaq.

Bu komandalar sonuncu dəfə bu ilin mart ayında üz-üzə gəliblər. Münhendə baş tutan yoxlama oyununda "panzerlər" rəqibini darmadağın etmişdi - 4:1.

AÇ-2016, 1/4 final

2 iyul

23:00 Almaniya - İtaliya
Baş hakim: Viktor Kassai
Köməkçi hakimlər: Qyorqi Rinq, Vençel Töt
Əlavə köməkçi hakimlər: Tamas Boqnar, Adam Farkaş (hamısı Macarıstan)
Dördüncü hakim: Simon Marçinyak
Yer: Bordo. "Bordo" stadionu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm