Erməni məmuru təəssüfləndirən QƏRAR
Bizi izləyin

İdman

Erməni məmuru təəssüfləndirən QƏRAR

Rusiya Futbol İttifaqının birinci vitse-prezidenti Nikita Simonyan yığmasının üzvü olan Ramil Şeydayevin Azərbaycan pasportu almasına münasibət bildirib.

Publika.az xəbər verir ki, erməni funksioner "Zenit"lə yollarını ayıran 20 yaşlı hücumçunun bu ölkənin millisində də çıxışını baş vurmasına görə təəssüfünü ifadə edib.

Simonyanın sözlərinə görə, Şeydayev Rusiya millisinə çox faydalı ola bilərdi: "Baş verənlərə görə yalnız təəssüflənmək olar. Hər halda, biz ona bel bağlayırdıq. Fikirləşirdik ki, futbolçu kimi artacaq, millidə rəqabət yaradacaq və hətta 2018-ci ildə keçiriləcək dünya çempionatınadək əsas yığmada yer alacaq. Biz vaxtnda Səmədovu Rusiya vətəndaşı kimi qalmağa inandıra bildik. Hərçənd, o da Azərbaycan yığmasının futbolçusu ola bilərdi. Buna görə təəssüf edirik ki, bu istedadlı futbolçunu itirdik. Hesab edirəm ki, yığma ətrafında olan bütün bu vəziyyət və yığmanın yenidən qurulması söhbəti Şeydayevin əksinə, Rusiya yığmasında qalmasına səbəb olardı. Axı o, əvvəl milli komandaya çağırılmayıb, Avropa çempionatında parlamayıb. Buna görə futbolçunun yığmaya birbaşa yolu vardı".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm