İnsan bədəninin gözəlliyi bayramı
Bizi izləyin

İdman

İnsan bədəninin gözəlliyi bayramı

Milli Məclisin deputatı Aydın Mizəzadə "Facebook" səhifəsində 2016 XXXI Yay Olimpiya Oyunları haqqında fikirlərini bölüşüb. Publika.az yazını təqdim edir.

Rio-de-Janeyro - 2016 XXXI Yay Olimpiya Oyunları başa çatdı.

Dünya 19 gün ərzində maraqlı bir idman festivalı yaşadı, güclüləri müəyyən etdi, mədəniyyətləri bir-birinə tanıtdı. Bu maraqlı güc, estetika, insan bədəninin gözəlliyi bayramı həmişə yadda qalacaqdır.

Həmişəki kimi Azərbaycan bu möhtəşəm tədbirdə fəal iştirak etdi. Hər olimpiadadan olimpiadaya həm kəmiyyət, həm keyfiyyəıt göstəricilərimiz yüksəlməkdədir.

İlk dəfə olaraq daha çox idman növündə - 17, daha çox idmançı - 56 ilə iştirak edərək daha çox idman növündə - 5, daha çox medal - 18 topladıq.

Ötən London - 2012 Olimpiadasında medallarımızın sayını 7-dən 10 qaldırmağımıza çox sevinirdik. Dörtd ildən sonra isə medal göstəricilərimizi iki dəfə yüksəldik.

Bəli, biz nəyinsə daha yaxşı olmağını gözləyirdik. Ancaq 18 medalın özü də çox yüksək göstəricidir. Dörd ildə Azərbaycan idmanın inkişafı, olimpiya hərəkatının genişlənməsi üçün çox iş görüldü, dfünya Azərbaycan təcrübəsindən danışmağa başladı.

Ancaq digər ölklər də çalışırdılar, onlar da pyedestala çıxmaq üçün öz milli proqramlarını həyata keçirididlər. Fici, Vyetnam tarixilərində ilk dəfə qızıl medal qazandılar. Ancaq Türkiytə, Avstriya, İsrail, Finlandiya, Portruqaliya, Bolaqarıstan kmi idman nəhənglərinin göstəriciləri isə çox zəif oldu.

Azərbaycanın isə göndərdiyi hər üç idmançısından biri medala sahib oldu. Azərbaycan dünya üzrə medal əyarına görə 39-cu, medal sayına görə 15-ci yerdədir. Avropa ölkələri içərisində isə biz medal əyarına görə 20-ci, medal sayına görə isə 6-cıyıq.

Nəticələrimiz gözlədiyimizdən də yaxşıdır, idmançılarımız var gücü ilə yarışırdılar. 18 medal kəmiyyətinin medal keyfiyyətinə keçməsi isə elə təbiət qanunlarına görə mütləq baş verəcəkdir.

Müstəqilliyimizi bərpa edəndən sonra iştirak etdiyimiz ilk dəfə Barselona-1992 olimpiadasına 2, sonrakı Atlanta-1996 olimpiadasında isə 1 medal qazanmışdıq.

Yüksəliş göz qarşısındadır və ildən-ilə daha yüksək olacaqdır. Buna Azərbaycanın əzmi və böyük potensialı vardır. Azərbaycan idmanının Prezident cənab İlham Əliyev kimi dəstəyi və rəhbəri vardır.

Azərbaycan olimpiyaçıları, biz sizə inanırdıq, sizin uğurlarınıza sevinirik və həmişə sizlərə dəstəyik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm