UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılıb
Bizi izləyin

İdman

UEFA Çempionlar Liqasının qrup mərhələsinin püşkü atılıb

Avqustun 25-də UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılıb.

Monakoda keçirilən püşkatma mərasimində Avropanın ən güclü 32 komandası hərəsində dörd klub olmaqla səkkiz qrupa bölünüb.

Püşkatmanın nəticələri belə olub:

“A” qrupu: PSJ (Fransa), “Arsenal” (İngiltərə), “Bazel” (İsveçrə), “Lüdoqorets” (Bolqarıstan);

“B” qrupu: “Benfika” (Portuqaliya), “Napoli” (İtaliya), “Dinamo” (Ukrayna), “Beşiktaş” (Türkiyə);

“C” qrupu: “Barselona” (İspaniya), “Mançester Siti” (İngiltərə), “Borussiya” M (Almaniya), “Seltik” (Şotlandiya);

“D” qrupu: “Bavariya” (Almaniya), “Atletiko” (Madrid, İspaniya), PSV (Hollandiya), “Rostov” (Rusiya);

“E” qrupu: MOİK (Rusiya), “Bayer Leverkusen” (Almaniya), “Tottenhem” (İngiltərə), “Monako” (Fransa);

“F” qrupu: “Real Madrid” (İspaniya), “Borussiya” D (Almaniya), “Sportinq” (Portuqaliya), “Legiya” (Polşa);

“G” qrupu: “Lester” (İngiltərə), “Porto” (Portuqaliya), “Brügge” (Belçika), “Kopenhagen” (Danimarka);

“H” qrupu: “Yuventus” (İtaliya), “Sevilya” (İspaniya), “Lion” (Fransa), “Dinamo” (Xorvatiya).

Qitənin ən mötəbər klub turnirinin qrup mərhələsinin ilk oyunlarına sentyabrın 13-14-də start veriləcək.

Qruplarda ilk iki yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar.

UEFA Çempionlar Liqasının 2016-2017-cı il mövsümünün final qarşılaşması Kardiff (Uels) şəhərinin “Millennium” stadionunda oynanılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm