Dünyanın ən çox qazanan məşqçiləri - SİYAHI
Bizi izləyin

İdman

Dünyanın ən çox qazanan məşqçiləri - SİYAHI

Dünyanın ən çox qazanan məşqçilərinin siyahısı açıqlanıb.

Publika.az xəbər verir ki, ilk pillədə "Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiola qərarlaşıb.

İspaniyalı mütəxəssisin ilik gəliri 15,3 milyon funt-sterlinqdir. Onun yerinə "Bavariya"ya keçən italiyalı Karlo Ançelotti isə ilinə 12,6 milyon maaş alır. İlk "üçlüy"ü "Mançester Yunayted"in çalışdırıcı Joze Mourinyo qapayır. Portuqaliyalı mütəxəssis anlaşmaya görə ilinə 12,3 milyon qazanır.

4-cü pillədə "Arsenal"ın çalışdırıcısı Arsen Vengerdir - 8,9 milyon. Luis Enrike ("Barselona") – 7,2, Yurgen Klopp ("Liverpul") – 7, Antonio Konte ("Çelsi") – 6,6, Ronald Kuman ("Everton") – 6, Dieqo Simeone ("Atletiko") – 5,1, Zinəddin Zidan isə ("Real") – 4,6 milyon maaş alır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm