• USD 1,7000 0,00% EUR 1,9320 +0,77%
    • GBP 2,1472 +0,58% RUB 0,0238 0,00%

Çempionlar Liqası: 4 oyunda darmadağın, Ronaldo qola sevinmədi

  • İdman
  • 15 Sentyabr 2016 00:55
  • 746 Baxış
Çempionlar Liqası: 4 oyunda darmadağın, Ronaldo qola sevinmədi

Bu gün Çempionlar Liqasında ilk tura yekun vurulub.

Publika.az xəbər verir ki, öz meydanında “Sportinq”i qəbul edən “Real” 89 dəqiqə uduzduğu oyunu xeyrinə çevirə bilib. 89-cu dəqiqədə cərimə zərbəsindən mükəmməl qol vuran Kriştiano Ronaldo onu futbola bəxş edən klubu məyus etdiyi üçün sevinməyib. Son saniyələrdə isə Morata nəticəni müəyyənləşdirib.

Dortmund “Borussiya”sı Polşada “Legiya”ya Çempionlar Liqasının əsl həyəcanını yaşatdı – 6:0.

Tarixində ilk dəfə ÇL-də mübarizə aparan “Lester”in debütü fantastik alınıb. İngiltərə çempionu “Brügge”yə şans verməyib.

Dünən yağış səbəbindən təxirə salınan C qrupunun qarşılaşması olan "Mançester Siti" - "Borussiya" (Münhenqladbax) oyunu da darmadağınla bitib. “Mançester Siti” Münhenqladbax “Borussiya”sını evə bpynubükük yola salıb.

Çempionlar Liqası. Qrup mərhələsi, 1-ci tur

14 sentyabr

C qrupu

Mançester Siti (İngiltərə) - Borussiya M (Almaniya) 4:0

Aquero, 9; 28-p; 77. İheanaço, 90+1.

E qrupu

Bayer (Almaniya) - ÇSKA (Rusiya) 2:2

Mehmedi, 9. Hakan Çalhanoğlu, 15 - Dzaqoyev, 36. Yeremenko, 38.

Tottenhem (İngiltərə) - Monako (Fransa) 1:2

Aldervayreld, 45 - Bernardo Silva, 15. Lemar, 31.

F qrupu

Real (İspaniya) - Sportinq (Portuqaliya) 2:1

Ronaldo, 89. Morata 90+3 - Bruno Sezar, 48.

Legiya (Polşa) - Borussiya D (Almaniya) 0:6

Getse, 7. Papastopulos, 15. Bartra, 17. Querreyro, 51. Qonzalo Kastro, 76. Obameyanq, 89.

G qrupu

Brügge (Belçika) - Lester (İngiltərə) 0:3

Olbrayton, 5. Mahrez, 29; 61-pen.

Portu (Portuqaliya) - Kopenhagen (Danimarka) 1:1

Otavio, 13 - Kornelius, 52.

H qrupu

Yuventus (İtaliya) - Sevilya (İspaniya) 0:0

Lion (Fransa) - Dinamo Z (Xorvatiya) 3:0

Tolisso, 13. Ferri, 49. Kornet, 57.

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR