Məşhur məşqçi Bakıya niyə gəlib?
Bizi izləyin

İdman

Məşhur məşqçi Bakıya niyə gəlib?

Məşhur məşqçi Bakıya niyə gəlib?

Türkiyənin tanınmış məşqçilərindən olan Samet Aybaba və Türkiyə Futbol Məşqçiləri Dərnəyinin rəhbəri İsmail Dilber Bakıya gəlib. Publika.az xəbər verir ki, onlar "Rəvan"ın baş məşqçisi Güvənc Kurtarın dəvəti ilə ölkəmizə təşrif buyurub.

Hər iki qonaq bu gün keçiriləcək Azərbaycan Kubokunun "Neftçi" - "Rəvan" matçını canlı izləyəcək. Qonaqlar cümə günü Bakını tərk edəcəklər.

Qeyd edək ki, Samet Aybabanın son iş yeri "Antalyaspor" olub. Cari mövsümün əvvəlində Antalya təmsilçisi ilə anlaşan 58 yaşlı mütəxəsssis martın 10-da "Çaykur Rizəspor"a 1:2 hesablı məğlubiyyətdən sonra istefa verib. O, əvvəllər Türkiyənin "Kayserispor", "Adana Dəmirspor", "Ankaragücü", "Vanspor", "Gənclərbirliyi", "Qaziantepspor", "Trabzonspor", "Ankaraspor", "Çaykur Rizəspor", "Bursaspor", "Bucaspor" və "Beşiktaş" klublarına başçılıq edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm