İdman
AVRO-2016-nın təqvimi müəyyənləşdi
Fransanın ev sahibliyi edəcəyi AVRO-2016-nın təqvimi müəyyənləşib.
Publika.az xəbər verir ki, açılış və final matçları "Stade de France"də keçiriləcək turnirin oyunlarına 10 stadion ev sahibliyi edəcək.
2016-cı ilin 10 iyununda, Bakı vaxtı ilə 00.00-da başlayacaq Avropa çempionatı 10 iyulda, eyni saatda start götürəcək final qarşılaşması ilə yekunlaşacaq. Turnirin yarımfinal oyunları "Stade Valodrome" və "Stade de Lyon"da keçiriləcək. Ev sahibi Fransa qrup oyunlarını "Stade de France", "Stade Valodrome" və "Stade Pierre Mauroy"də oynayacaq.
Qrup mərhələsinin oyunları 10-22 iyun, 1/8 finalın matçları 25-27 iyun, 1/4 finalın görüşləri 30 iyun və 1, 2, 3 iyul tarixlərində keçiriləcək. İyulun 6-7-də yarımfinal, 10-da final matçları baş tutacaq.
Qeyd edək ki, Azərbaycan yığması AVRO-2016-nın seçmə mərhələsinin H qrupunda mübarizə aparacaq. Millimiz final mərhələsinə vəsiqə uğurunda İtaliya, Xorvatiya, Norveç, Bolqarıstan və Malta ilə yarışacaq.
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI
-
Magazin101:30
Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi
-
Magazin100:30
Fahree və İlkinin “Avroviziya”dakı çıxışı - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: axşam saatlarında travma təhlükəsi var
-
İdman00:00
"Bayern"in baş məşqçi postuna yeni namizəd BƏLLİ OLDU - FOTO
-
Kriminal7 May 23:48
Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib QANINI TÖKDÜ
-
İKT7 May 23:24
İki qurum əhaliyə XƏBƏRDARLIQ ETDİ - FOTO