Kanadadakı qənimətimiz: 3 medal
Bizi izləyin

İdman

Kanadadakı qənimətimiz: 3 medal

Kanadanın Burnabi şəhərində gənc taekvondoçular arasında təşkil edilən dünya birinciliyinə yekun vurulub.

Publika.az xəbər verir ki, yarışda komandamızın daha bir üzvü medal qazanmağı bacarıb. 68 kq çəki dərəcəsində mübarizəyə qatılan Əliəsgər Əliyev Qabriel Nascimento da Silva (8:6), Qriqoriospanagiotis Kasidiaris (3:1), Vesley Maranı (12:0) mundialdan kənarlaşdıraraq yarmfinala adlayıb. Həlledici döyüşə vəsiqə uğrunda rəqib isə keçilməz olub. Konstantin Kosteneviçlə qarşılaşan təmsilçimiz adını finala yazdıra bilməyib.

Gənclər millimiz 4 gün davam edən yarışı ümumilikdə 1 gümüş, 2 bürünc medalla başa vurub. Mundialın ilk və ikinci günləri komandanın digər üzvlərindən Qaşım Maqomedov gümüş medal, Ayaz Qəmbərli isə bürünc medala layiq görülmüşdü.

Azərbaycan 102 ölkədən 846 gənc taekvondoçunun qatıldığı dünya birinciliyində 14 idmançı ilə təmsil olunurdu.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm